
Ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbindəndir
Ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbindəndir.
AZƏRTAC xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov bu gün Bakıda keçirilən “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışında deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Tacikistandan sonra dünyada ürək-damar xəstəliklərinin statistika göstəricisinə görə ikinci yerdədir: “Bu baxımdan ürək-damar xəstəlikləri ilə əlaqədar konfransın keçirilməsi və həkimlərin bu mövzudakı müzakirələri olduqca əhəmiyyətlidir”, - deyə R.Məmmədov vurğulayıb.