Azərbaycanda Bayraktar Sağlıq Turizm şirkəti rəsmi fəaliyyətə başlayıb.

Türkiyədə faəliyyət göstərən Bayraktar Sağlıq Turizm Şirkətinin baş icraçı direktoru Emine Esra Bayraktar dünyanın müxtəlif ölkələrindən xəstələrin Türkiyədə uğurlu müalicəsini təşkil edən peşəkar mütəxəssisdir. “Medicina” Emine Esra Bayraktar barədə geniş məlumatı təqdim edir.

Emine Esra Bayraktar 1978-ci ildə İstanbulda anadan olub. İlk və orta təhsilini burada alıb. Ali təhsilini Atatürk Universiteti İlətişim fakültəsində İctimaiyyətlə Əlaqələr və Menecment fakultəsində “Onur bəlgəsi” üzrə bitirib. Aston Amerikan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində idaretmə ixtisası üzrə təhsil alıb. Hazırda İstanbulda MEF Universitetində Özəl Hüquq üzrə magistr təhsili alır.

Bundan əlavə, Emine Esra Bayraktar şəxsi inkişaf mövzusunda olan bir çox kurs, seminarlara qatılıb. Həmin kurs və seminarlardan bəzilərini sadalayırıq:

-Zirvə psixologiyası;
- Narkotik asılılığının müalicəsi, bu asılılığın ailə üzvlərinə təsiri və asılılıqdan qurtulma üsulları;
- Biz” olmağın qüsursuz yolçuluğu;
- Elm və davranış əsaslı terapiyalar;
- Stress və qayğını necə idarə edə bilərsən?
- Cinsi istismar;
- Psixoloji sağlamlığa metakognitiv yanaşma;
- Şişi yox etmək, yoxsa immuniteti gücləndirmək?
- EETAC (European Education and Training Accreditation Center) - Liderlik, İdarəetmə;
- Atelier Lingua - ingilis dili təhsili;
- Anadolu Universiteti - İşdə sağlamlıq və təhlükəsizlik təhsili;
- KOSGEB (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı) əsaslı sahibkarlıq təhsili;

16 ildir Koç Universitetinin İdarə heyətində yer alan Emine xanım bundan sonra ardıcıl olaraq, “Bayraktar Group” ailə şirkəti nəzdində fəaliyyət göstərən Bayraktar Tələbə Yataqxanaları (Öğrenci Yurtları), Bayraktar İnşaat və Memarlıq, Bayraktar Tibbi Turizm Şirkətlərində çalışıb.

Hazırda Bayraktar Sağlıq Turizm Şirkətinin Baş icraçı direktorudur. Eyni zamanda, TÜYİSEN (Tüm Yurt İşverenleri Sendikası) İdarə heyətində Baş direktorun müavini vəzifəsində çalışır.

Emine Esra Bayraktar getdiyi hər bir ölkədə Türkiyənin tibbi turizmi haqqında ətraflı məlumat verir, yeni tərəfdaşlar tapır və əməkdaşlıq müqavilələri imzalayır. O, Türkiyənin tibbi turizm baxımından dünya ölkələri arasında xüsusi yeri olduğunu dəfələrlə vurğulayıb.

Qeyd edək ki, dünyada və Türkiyədə tibbi turizm son illərdə daha da inkişaf etməkdədir. İlbəil daha çox insan fərdi tibbi prosedurlar və öz ölkələrində olmayan müalicə üsulları, digər tibbi ehtiyaclarının təmin olunması üçün başqa ölkələrə səyahət edir.

Emine Esra Bayraktar deyib:

“Türkiyədə sağlıq xidməti yüksək keyfiyyətdədir. Xarici ölkələrdən gələn qonaqları yüksək səviyyədə qəbul edir, hər xəstəyə individual müalicə planı hazırlayır, bu plan əsasında hərəkət edirik. Prosesə cəlb olunan bütün əməkdaşlar peşəkardır. Prosesin başlaması da olduqca maraqlıdır. Bayraktar Sağlıq Turizm Şirkəti Türkiyəyə gəlmək məqsədi olan xəstələri Azərbaycanda qarşılayır, görüş keçirir, hətta xəstənin həkimlə onlayn görüşməsini təmin edə bilər. Müalicədən əlavə müqaviləyə əsasən, xəstə üçün hazırlanan plana şəhər turu, qalmaq üçün məkan, nəqliyyat kimi detallar da daxil edilə bilər”. Bayraktar Sağlıq Turizm Şirkəti hazırda bir çox xəstəliklərin müalicəsini yüksək səviyyədə təşkil edir.

O cümlədən;

- Onkoloji xəstəliklər - Uroloji xəstəliklər
- Ginekologiya
- Ürək-damar cərrahiyyəsi
- Bütün növ daxili xəstəliklər
- Ortoped – protezlənmə
- Nevroloji
- Dermatoloji
-Ağız boşluğu və diş sağlamlığı
-Boy uzatma
-Göz xəstəlikləri və görmə zəifliyi
-Estetik əməlliyyatlar və prosedurlar
-Artıq çəkidən xilas olmaq
-Saç əkimi

Bayraktar Tibbi Turizm Şirkəti Avropa ölkələrindən əlavə, Qazaxıstan, Rusiya, Qətər və digər ölkələrdən müraciət edən xəstələrə yüksək keyfiyyətli müalicə təşkil edir. Artıq Azərbaycan əhalisi üçün də Bayraktar Sağlıq Turizm şirkəti öz xidmətlərini təklif edir.

×