
8-9 iyul tarixlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bayraktar Sağlamlıq Turizmi şirkəti tərəfindən “Ürək-damar xəstəliklərinin müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirin ikinci günü "Yeni Klinika"da baş tutacaq.
Müasir dövrdə ürək-damar xəstəliklərinin artması bu xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşmalar tələb edir. Konfransda ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində təklif olunan yeni imkanlar və biliklər paylaşılacaq.
Tədbirin 2-ci günündə "Yeni Klinika"da baş tutacaq təlimlərdə türkiyəli həkimlər master-klaslar keçərək ürək-damar xəstəlikləri barədə həkimlərin suallarını cavablandıracaq və müasir yanaşmaları müzakirə edəcəklər.
Konfransda iştirak edən həkimlər üçün 13 akkreditasiya balı nəzərdə tutulub.